...

AzTA 21 ölkədə turizm nümayəndəliyi açmağı planlaşdırır

Turizm Materials 8 İyun 2022 14:32 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Turizm Assosiasiyası (AzTA) dünyanın 21 ölkəsində turizm nümayəndəliyi açmağı planlaşdırır.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.

Onun sözlərinə görə, Azərbaycanın bir neçə regionunda da turizm nümayəndəlikləri fəaliyyət göstərir.

"Biz mərhələli şəkildə Azərbaycanın bütün bölgələrində yeni turizm nümayəndəlikləri açmağı planlaşdırırıq. Regionlarda yeni yaradılacaq nümayəndəliklərin məqsədi yerləşdikləri bölgələrdəki turizm potensialını daha yaxşı öyrənmək və daxili turizmin inkişafı üçün yeni imkanların yaradılmasına xidmət etmək olacaq.

Bundan başqa AzTA dünya ölkələrində fəaliyyətə başlayacağı təqdirdə ölkəmizdən gedən turistlərin qarşılanması və istirahətinin daha yaxşı təşkil edilməsində köməklik göstərəcək. Nümayəndəliklərin əsas fəaliyyəti Azərbaycanın həmin ölkələrdə təbliğini həyata keçirməklə gələcəkdə daha çox turist cəlb etmək olacaq", - deyə Ə.Qurbanov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti