...

Azərbaycanın ornitoloji turizm imkanları Böyük Britaniyada təbliğ olunur (FOTO)

Turizm Materials 15 İyul 2022 17:52 (UTC +04:00)
Azərbaycanın ornitoloji turizm imkanları Böyük Britaniyada təbliğ olunur (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisində iştirak edir.

Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, bu gün işinə başlamış və iyulun 17-də başa çatacaq sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu, Azərbaycan Ornitoloji Cəmiyyəti, Naxçıvan Turizm Departamenti, “Camping Azerbaijan” və “Naxchivan Travel” şirkətlərinin nümayəndələri təmsil edirlər.

Sərgidə quş müşahidəçiliyi əraziləri olan Beşbarmaq, Xınalıq və Ləzə kimi dağlıq bölgələrin, Qızılağac, Şirvan və Ağgöl milli parklarının, həmçinin Naxçıvanın bu istiqamətdə olan turizm potensialı təbliğ edilir.

Sərgi çərçivəsində Azərbaycanın ornitoloji turizm imkanlarının təqdimatı məqsədilə təşkil olunan xüsusi seminarda ziyarətçilərə ölkəmizdəki biomüxtəliflik, əsas quş növləri və quş müşahidəsi üçün əlverişli mövsümlər haqqında məlumat verilib.

Sərgidə 60-dan çox ölkə təmsil olunur.

Azərbaycanın ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizm imkanlarının inkişaf etdirilməsi məqsədilə “Beşbarmaq” Dövlət Tarix və Mədəniyyət qoruğu ərazisində infrastrukturun qurulması işlərinin həyata keçirilməsinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti