...

Bakıda Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi keçirilir (FOTO)

Turizm Materials 4 Aprel 2023 12:29 (UTC +04:00)
Bakıda Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi keçirilir (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ekspo Mərkəzində pandemiya ilə bağlı yaranan 3 illik fasilədən sonra 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi keçirilir.

Trend xəbər verir ki, sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

Sərgi ənənəvi olaraq müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirən, onlara yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən turizm bazarının aparıcı tədbirlərindən biridir.

Fəal istirahətin ən geniş yayılmış, həmçinin kütləvi növü olan turizmə aid tədbirlər nəinki bu sənayenin nümayəndələrini, həm də yerli və xarici səyahətçiləri cəlb edir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və beləliklə, turizm daha geniş vüsət alır. “AITF 2023” sərgisi səyahət etməyi sevən Azərbaycan səyahətçiləri üçün də yeni turistik məkanları kəşf etmək imkanı yaradan bir platformadır.

Sərgiyə Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrindən - Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və başqa ölkələrdən olan şirkətlər qatılıb. Budəfəki sərgidə Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edirlər.

Qeyd edək ki, sərgi çərçivəsində panel müzakirələr aparılacaq, ikitərəfli B2B görüşlər keçiriləcək, yerli və xarici şirkətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq yollarını, eləcə də tərəfdaşlığın digər formalarını müzakirə edəcəklər. Həmçinin təhsil turizmi, xaricdə əmlak, idman turizmi, turizmdə İT texnologiyaları, ovçuluq və balıqçılıq, kruiz sənayesi, aviaşirkətlər, milli və regional turizm orqanları, nazirliklər, səfirliklər, səyahət agentlikləri və turoperatorlar və s. kimi bir sıra sektorlar nümayiş olunacaq.

“AITF 2023” turizm sənayesinin peşəkarları üçün çoxdan gözlənilən hadisədir, belə ki, “AITF” beynəlxalq və yerli şirkətlərin bazar ehtiyaclarını və istehlakçı marağını qiymətləndirən, rəqabət mühitinin öyrənildiyi, inkişaf strategiyasının qurulduğu ölkənin turizm sənayesinin bərpasına təkan verən sərgidir.

Qeyd edək ki, sərgi aprelin 6-na qədər davam açıq olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti