...

Formula 1 yarışları kiçik və orta sahibkarlıqda yeni imkanlar yaradır - DTA

Turizm Materials 17 Aprel 2023 13:02 (UTC +04:00)
Formula 1 yarışları kiçik və orta sahibkarlıqda yeni imkanlar yaradır - DTA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutacaq. Builki "Formula 1" yarışları üçün 100-dən çox ölkədən bilet alınıb. Böyük Britaniya, Niderland kimi ölkələr Azərbaycan Qran Prisinə ən çox biletin alındığı dövlətlərdir.

Bu isə yarışları izləmək üçün paytaxta çoxlu sayda turistin gələcəyindən xəbər verir.

Dövlət Turizm Agentliyinin (DTA) Media və ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Gülnar Mustafayeva Trend-ə açıqlamasında bildirib ki, belə tədbirlər turizmin inkişafına müsbət təsir göstərir.

"Bu yarışın ən böyük üstünlüyü həm ölkəmizin, həm də Bakının tanıtımıdır. Yarışı çox sayda beynəlxalq medianın işıqlandırması da ölkəmizin turizminin təbliğidir. Beləliklə ölkəmizin turizm potensialı milyonlarla şəxsi əhatə edən auditoriyaya çatır. DTA olaraq biz ilboyu iştirak etdiyimiz beynəlxalq sərgi və tədbirlərdə Formula 1 yarışı haqqında məlumat veririk. Bakıda keçiriləcək Formula 1 yarışının tanıdılmasına və təbliğatına çalışırıq. Eyni zamanda vurğulamaq istətrdim ki, Formula 1 yarışlarının keçirilməsi turizmlə bağlı olan kiçik və orta sahibkarlıqda yeni imkanlar yaradır və ümumilikdə turizm sənayesində canlanmaya səbəb olur", - deyə qurum rəsmisi qeyd edib.

Qeyd edək ki, Qran Pri çərçivəsində DJ Don Diablo, DJ Hardvel kimi dünya ulduzları da konsert proqramları ilə Bakıda çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti