Radikal müxalifətin isterik bəyanatına cavab, yaxud məhkəmədə görüşmək əsl fürsət ola bilər

Radikal müxalifətin isterik bəyanatına cavab, yaxud məhkəmədə görüşmək əsl fürsət ola bilər

Hikmət Babaoğlu - "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru

Bir məqalənin əks-sədası

"Yeni Azərbaycan" qəzetinin 20 aprel 2012-ci il tarixli nömrəsində dərc olunmuş "Diplomatik sifariş: müxalifət, "Eurovision"a hazır ol" sərlövhəli məqalə ictimaiyyətdə, daxili mətbuatda, ölkəmizdə fəaliyyət göstərən müxtəlif ictimai-siyasi təşkilatlar səviyyəsində və bəzi xarici ölkələrin mediasında geniş əks-səda doğurdu. Şübhəsiz, məqalədə əks olunmuş analitik mövqeyə münasibət birmənalı olmadı. Bəhs olunan məqalənin dərc olunmasından sonra cəmiyyətin müxtəlif təbəqələrindən və ayrı-ayrı ictimai institutlardan (QHT-lər, oxucular, Yeni Azərbaycan Partiyasının üzvləri, insan hüquqları təşkilatları və s.) redaksiyamıza çoxsaylı zənglər daxil oldu və məqalədə əks olunan mövqeyin milli maraqlarımızın müdafiəsinə xidmət etməsinə görə qəzetimizə xüsusi təşəkkürlər edildi. Əlbəttə ki, bu, sevindirici və təqdiredici hal olmaq etibarilə bizi olduqca məmnun etdi. Amma təəssüflər olsun ki, xalqımızın əksər nümayəndələri və geniş oxucu kütləsindən fərqli olaraq bəzi siyasi dairələr bizi təqdir deyil, tənqid etdilər.

Söz azadlığının və fikir plüralizminin təntənəsi

Heç şübhəsiz, biz bütün bunları ölkəmizdə Ulu öndər Heydər Əliyev tərəfindən bərqərar olunmuş söz, fikir, özünüifadə və siyasi fəaliyyət azadlığının təntənəsi kimi dəyərləndirir, bu fikir plüralizmini demokratik dəyərlərin sistemli və ardıcıl surətdə təzahürü olaraq qiymətləndiririk. Amma məsələ ondadır ki, bəzi siyasi dairələr bir sıra hallarda demokratik cəmiyyətə xas olmayan dözümsüzlük nümayiş etdirirlər. İlk növbədə hesab edirik ki, bəhs olunan yazı reallığı əks etdirməklə və konkret hədəfə yönəlməklə öz məqsədinə çatmışdır. Hesab edirik ki, sözügedən yazıya peşəkarcasına, rasional yanaşmaqda, ondan məntiqi nəticələr çıxarmaqda, bunu mətbuat məhsulu kimi qiymətləndirməkdə fayda vardır. Şübhəsiz ki, yazılı mətbuatda məqalələrin təsirini artırmaq və informasiyanın oxucü kütləsinə daha aydın olmasını təmin etmək üçün müxtəlif vasitə və metodlardan istifadə edilir.

Kollaj düzəltmək adi jurnalistika ənənəsidir

Belə vasitələrdən biri də yazının mətninə müvafiq olan kollajların yaradılması və ya yazıda adı çəkilən şəxslərin, fikir sahiblərinin, siyasi xadimlərin təsvirlərinin əlavə olunmasıdır. Bu, medianın əzəli və ənənəvi metodlarından biridir. "Yeni Azərbaycan" qəzeti də bu ənənəyə sadiq qalaraq bəhs olunan yazıda adı çəkilən şəxslərin şəkillərindən kollaj düzəltmişdir. Düşünürük ki, bu, əsla KİV haqqında Azərbaycan Respublikasının Qanununa və modern dünyada formalaşmış media ənənələrinə zidd deyil. Diqqət etsəniz, görərsiniz ki, yazıda və kollajda ayrı-ayrı şəxslərin adı çəkilsə də, fəaliyyəti əsasında ittiham irəli sürülməmiş, sadəcə, vaxtilə dünya siyasətində müəyyən rol oynamış ayrı-ayrı şəxslərin fikirləri müqayisəyə cəlb edilməklə analitik təhlil metodu vasitəsilə doğru olanın ortaya çıxarılması məqsədi güdülmüşdür.

Ancaq çox təəssüflər olsun ki, bir çox hallarda insan və vətəndaş hüquq və azadlıqlarından, demokratiya və demokratik dəyərlərdən danışan, hətta özlərini "demokratiya etalonu" hesab edən şəxslər "Yeni Azərbaycan" qəzetində dərc olunan məqaləyə dözümsüzlük nümayiş etdirərək affekt halına düşüblər. İlk növbədə, bu, radikal müxalifət daxilində baş verən bir sıra neqativ proseslərlə bağlıdır. Artıq uzun müddətdir ki, Azərbaycan siyasi palitrasında "qarınaltı yük"ə çevrilmiş və ictimai-siyasi münasibətlərdə real güc, funksional aktor kimi qəbul edilməyən radikal müxalifət son dövrlərdə həyata keçirdiyi anti-Azərbaycançı kampaniyadan sonra xalqımızın etimadını tamamilə itirdi. Son zamanlar Azərbaycanı xaosa sürükləmək məqsədi daşıyan müxtəlif inqilabı çağırışlar edən və müəyyən hakimiyyət rıçaqlarını ələ keçirmək üçün bəzi anti-Azərbaycançı qərəzli xarici dairələrlə, yaxud mxtəlif təzyiq qrupları ilə əməkdaşlıq münasibətlərində olan radikal müxalifət, nəhayət ki, dumanlı şəkildə olsa belə, anlamağa başlayıb, onlar bu vasitələrlə əsla hakimiyyətə gələ bilməyəcəklər.

İnqilablar Azərbaycanın gələcəyi deyil, keçmişidir

Milli maraqlara cavab verən və verməyən, siyasi-əxlaqi dəyərlər nöqteyi-nəzərindən etik normalara əsaslanan və ya əsaslanmayan bütün fürsət və vasitələrdən istifadə edərək hakimiyyətə gəlmək istəyən radikal müxalifət nədənsə Azərbaycanı Liviya, Suriya və Misir kimi ölkələrlə müqayisə edən zaman xalqımızın hüquq və azadlıqlarını pozduqlarını, onun milli qürurunu və heysiyyatını düşünmürlər. Çünki cəmiyyət üzvlərini, xalqın nümayəndələrini öz dövlətçiliyinə qarşı yönəltmək, əsla hüquqi-siyasi hadisə deyil və milli maraqları əks etdirmir. Amma Azərbaycan hakimiyyəti buna dözümlülük nümayiş etdirir ki, bu da hakimiyyətin qəti demokratik mövqeyi və seçimidir. Əks təqdirdə, hakimiyyət də müxalifətin irəli sürdüyü müxtəlif hədyanlarla bağlı məhkəmələrə üz tutardı. Radikal müxalifət isə onların haqqında yazılmış obyektiv yazılara münasibətdə isterika və dözümsüzlük nümayiş etdirir. Bu isə siyasi, dini və ideoloji platformada qəbul edilməyən haldır. Demokratiya birgəyaşayış və birgə fəaliyyət prosesində qarşılıqlı dözümlülük deməkdir.

Bəli, hazırkı radikal müxalifət Azərbaycanda bir dəfə inqilab etdi. Onlar ölkəmizi bir dəfə Liviyaya çevirməyi, xaos və anarxiya meydanına döndərməyi, vətəndaş müharibəsi yaratmağı bacardılar. Amma Azərbaycan xalqı o qədər kamil və yetkindir ki, bir səhvi ikinci dəfə etmir. Əgər hansısa kasad siyasi idraka sahib olan, irrasional təfəkkürlü radikal siyasətçi hesab edirsə ki, Azərbaycanı yenidən bu bəlaya sürükləyə biləcəkdir, xalqı bir daha istismar edəcəkdir, o, bilməlidir ki, bu, əsla mümkün olmayacaqdır. Düşünürük ki, radikal müxalifət bunu özünün zəif siyasi idrakı, irrasional təfəkkürü ilə dərk etdiyi andan etibarən yenidən böyük bir səhvə yol vermiş olduğunu anladı. Və "Yeni Azərbaycan" qəzeti, milli maraqların müdafiəsi naminə çalışan digər mətbuat orqanları onların bu cür fəaliyyətini ifşa etdikdən sonra xarici havadarlarının onlara yardım edə bilməcəyini anlayan İctimai Palatada təmsil olunan radikal qüvvələr xalqa üz tutmağın zəruri olduğunu başa düşdülər. Çünki heç bir səfir, fond, xaricdən maliyyələşən anti-Azərbaycançı mərkəz xalqımızın iradəsinin əleyhinə olaraq onları hakimiyyətə gətirə bilməyəcəkdir. Normal demokratik sistemlərdə və Azərbaycanda iqtidar xalqın iradəsi əsasında formalaşır və fəaliyyət göstərir. Bunu başa düşdükdən sonra radikal müxalifət öz imicinin qeydinə qalmağın zəruriliyini anlamağa başladı, xarici sponsorlarla əlaqələrini isə pərdə arxasında aparmağın vacib olduğunu xatırladı.

Məğlubiyyətdən doğan isterik davranış

Hesab edirik ki, "Yeni Azərbaycan" qəzetində dərc olunmuş məqaləyə bu cür aqressiv münasibət radikal müxalifətin isterika içərisində verdiyi bəyanatdır və son zamanlar cərəyan edən ictimai-siyasi proseslərin fonunda öz məğlubiyyətini gizlətməyə yönəlmiş bir addmdır.

Düşünürük ki, 1993-cü ildən bu günə qədər davam edən marginal siyasi fəaliyyətinin fonunda radikal müxalif, nəhayət ki, xalq faktoru haqqında düşünməyə başlayıbdır. Bu, 19 illik fəaliyyətində radikal müxalifətin ilk rasional addımıdır. Doğrudan da, bunu proqress kimi qiymətləndiririk. Əminik ki, bu addımlar bundan sonra da davam edəcək və müxalifət hakimiyyətə gəlmək üçün xaricə yox, xalqımıza üz tutacaq. Bununla da müəyyən mənada əsl müxalifət simasına doğru irəliləyəcəkdir. Əlbəttə ki, bu, ağır və uzun yoldur, kifayət qədər zaman tələb edir. Düşünürük ki, radikal müxalifət yeni anladığı bu istiqamətdə irəliləməyə çalışsa, gələcəkdə Azərbaycan xalqının müəyyən qisminin rəğbətini qazana biləcəkdir. Ancaq bu, o halda mümkün olacaq ki, hazırki siyasi liderlər siyasi səhnədən getməklə öz yerlərini yeni yetişən konstruktiv düşünən, siyasi iradənin xalqa məxsus olduğunu dərk edən gənclərə versin.

Radikal müxalifət ənənəvi ampluasında

İctimai Palatanın "Yeni Azərbaycan" qəzetinə qarşı irəli sürdüyü ittihamlardan biri də qəzet səhifələrində əks olunmuş kollajın Azərbaycan-Almaniya münasibətlərinə zərər verəcəyi ilə bağlı səsləndirilən fikirlərdir. Qeyd etmək lazımdır ki, Azərbaycan-Almaniya münasibətləri hər hansısa bir fondun, radikal müxalifətin, hətta diplomatik nümayəndənin fəaliyyəti ilə məhdudlaşmır. Xalqlarımız arasında tarixi əlaqələrə söykənən dostluq münasibətləri mövcuddur. Milli dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar münasibətlər dinamik inkişaf mərhələsindədir. 2010-cu ilin fevral ayının 5-də Almaniyanın federal kansleri Angela Merkel qeyd edib: "Bizim iqtisadi münasibətlərimiz çox gözəl səviyyədədir, əməkdaşlığımız sıxdır. Biz əməkdaşlığımızı "qələbə-qələbə" formulunda qura bilərik. Mən bunu deyəndə nəzərdə tuturam ki, hər iki tərəf bu əməkdaşlıqdan faydalana bilər. Azərbaycan bizim üçün çox vacib tərəfdaşlardan biridir".

Düşünürük ki, bu ifadə Azərbaycan-Almaniya münasibətlərini mükəmməl surətdə xarakterizə etmişdir. Yaxşı olar ki, radikal müxalifət özünün anti-Azərbaycançı fəaliyyətinin fonunda Almaniya hökumətini şantaj etmək yolunu seçməsin. Bu, nə müxalifətə, nə də onları dəstəkləyən anti-Azərbaycançı fondlara və maliyyə mərkəzlərinə fayda gətirməyəcəkdir.

Siyasi romantizm 1993-cü ildə qaldı

Hər bir xalq bəşəriyyətin mübarizə tarixində öz mövcudluğu, milli maraqları naminə dövlətinin milli mənafeyini müdafiə etməlidir. Hələ təqribən bir il öncə "Yeni Azərbaycan" qəzetində dərc olunmuş bir məqaləylə bağlı Almaniyanın Azərbaycandakı səfiri cənab Herbert Kvelle ilə görüşümüzdə bəyan etmişdi ki, o, Almaniyanın milli maraqlarını müdafiə etmək üçün Azərbaycandadır. Mən isə öz növbəmdə qeyd etdim ki, mən sizin fikir və mövqeyinizə hörmətlə yanaşıram, eyni zamanda bildirmək istəyirəm ki, mən də öz milli maraqlarımızı qorumaq üçün onun dəvətini qəbul edərək görüşə gəlmişəm.

Bəlkə də, bu gün Azərbaycanda xaos yaratmaq, ölkəmizi inqilablara sürükləyən çağırışlar etmək, Azərbaycana təzyiq etməklə müəyyən siyasi və iqtisadi dividendlər əldə etmək, NABUCCO kəmərinin çəkilməsi məsələsi ilə bağlı ölkəmizi sıxışdırmağa çalışmaq və bunu insan hüquqları, demokratiya məfhumları ilə pərdələmək kiminsə marağındadır. Ancaq bu, xalqımızın və milli dövlətimizin ali mənafeyinə əsla uyğun deyil. Azərbaycan xalqı və dövləti öz mənafeyini və mövqelərini qətiyyətlə qorumağı yaxşı bacarır. Düşünürük ki, müxalifət də milli maraqlar əsasında çıxış etməlidir. Bu, xalqımızın hər bir nümayəndəsinin milli vəzifəsi və vətəndaşlıq borcudur. Xalqımız yaxşı anlayır ki, radikal müxalifət hazırki çağırışları ilə hansı məqsədə xidmət edir.

Herbert Kvelle qeyd edir ki, Almaniyanı sevən və Almaniya haqqında heç bir mənfi fikri olmayan ölkədə işləmək və yaşamaq necə də xoşdur. Biz isə deyirik ki, Azərbaycanı sevən və Azərbaycan haqqında heç bir mənfi fikri olmayan ölkələr nə qədər gözəldir. Bu gün Azərbaycan xalqı o qədər kamilləşib ki, onu sevməyəni o da sevmir. "Səni sevəcəyəm, sən sevməsən də" fəlsəfəsi və siyasi romantizmi artıq radikal müxalifətin digər ideoloji tezisləri kimi 1993-cü ildə qalıb. Bu gün xalqımız və dövlətimiz dünya siyasəti və beynəlxalq münasibətlər sistemində öz milli mənafeyi üçün prinsipial mübarizə aparır. Xalqımız və iqtidarımız bu mübarizədən bir addım olsa belə, geri çəkilməyəcəkdir.

Məhkəmə bizim üçün əsl fürsət olardı

İctimai Palatanın "Yeni Azərbaycan" qəzetini məhkəməyə verəcəyi ilə bağlı fikirlərini isə biz əsl fürsət kimi dəyərləndiririk. Çünki açıq və ədalətli məhkəmə prosesində radikal müxalifətin antimilli əməllərini ifşa etmək üçün əlimizdə ən müxtəlif mənbələrə əsaslanan çoxsaylı materiallar var.

Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova
Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kampaniyasına dünyanın nüfuzlu elm adamları və ziyalıları da qoşulub
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kampaniyasına dünyanın nüfuzlu elm adamları və ziyalıları da qoşulub
Azərbaycan böyük qələbələrə doğru addımlayır - Pərvin Kərimzadə
Azərbaycan böyük qələbələrə doğru addımlayır - Pərvin Kərimzadə
Loading Bars
Xəbər lenti
Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kampaniyasına dünyanın nüfuzlu elm adamları və ziyalıları da qoşulub
Azərbaycan böyük qələbələrə doğru addımlayır - Pərvin Kərimzadə
Artım belə davam edərsə, yaxın günlərdə sutkalıq yoluxma sayı 1000-i ötə bilər - Mütəxəssisdən xəbərdarlıq
Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO)
Oktyabrın 23-də manatın dollara qarşı məzənnəsi
ANAMA Ermənistandan Kürdəmirə atılan raketlə bağlı məlumat yaydı (FOTO)
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? FOTOREPORTAJ
Gəncədə mülki əhaliyə qarşı törədilən cinayətləri heç faşizmlə də müqayisə etmək olmaz - Yəhudi Dini İcmasının sədri
Azərbaycan Əsgərinin sizə müraciəti var (VİDEO)
Moskvada terror aktının qarşısı alınıb
Azərbaycanın İranla həmsərhəd bölgəsinin işğaldan azad edilməsi iki ölkənin əlaqələrini inkişaf etdirəcək - Nazir
29 ictimai iaşə obyektində kobud qayda pozuntuları aşkarlanıb
Müddətli həqiqi hərbi xidmətə çağırılan gənclər cəmiyyətə müraciət etdilər (FOTO)
İndi baş verənlər Minsk qrupunun fəaliyyətindəki səriştəsizliyin nəticəsidir - Oljas Suleymenov
Azərbaycanın haqq savaşına qarşı çıxan "Meydan TV" erməni lobbisinin tezisləri əsasında işləyir - Ekspert
"Karabakh is Azerbaijan" yazılı avtomobil Londonda Ermənistan səfirliyinin qarşısında (FOTO/VİDEO)
Sülhməramlıların yerləşdirilməsi Azərbaycan torpaqlarının tam azad olunmasından sonra mümkün ola bilər - Deputat
Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirməyə davam edir - MN (VİDEO)
Türkiyənin Baş Ombudsmanı Gəncədə erməni vəhşiliyi ilə tanış olub
Respirator xəstəliklərin yayılmasında artım olacaq - Səhiyyə Nazirliyi
Kreml Qarabağda Rusiya desantı olması ehtimalını təkzib edib
Kamran Əliyev Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Azərbaycan Ordusu BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin icrasını təmin edir - Vüqar Rəhimzadə
İƏT Parlament İttifaqından Azərbaycana dəstək: Ermənistanın Gəncəyə terror hücumu pisləndi
Dağlıq Qarabağ münaqişəsi Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi büro iclasında müzakirə edilib (FOTO)
ÜST Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib
XİN: Ermənistan XİN-in Paşinyanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir
BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycanda zərər görmüş insanlara humanitar yardım göstərməyə hazırdır
Azərbaycan Prezidenti: Beynəlxalq müşahidəçilərlə bağlı həlledici sözü biz deməliyik
Bu gün Ali Baş Komandan Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazır - Tamam Cəfərova
Gənclər elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər - Yaqut Qarayeva
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur
Prezident İlham Əliyev: Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, biz bütün kommunikasiyaları açacağıq
İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır
Zəngilan arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır - Arxeologiya və Etnoqrafiya İnstitutu
Prezident İlham Əliyev: Xalq Cəbhəsi və Müsavat partiyası Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir
“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində (FOTO)
Prezident İlham Əliyev: Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq
İranda koronavirusa yoluxanların sayı 550 min nəfərə çatıb
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub, 171 nəfər sağalıb, 6 nəfər vəfat edib
2020-ci ilin 4-cü rübündə Ermənistanın ÜDM-i 1 milyard dollar azala bilər
Azərbaycan Prezidenti: TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir
Bakı Slavyan Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır!” deyir (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan özü döyüşür, bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur
Yelo Bank program təminatının lisenziyalarının uzadılması üzrə tender keçirir
Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq
Azərbaycan Prezidenti: Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır
Koronavirusa yoluxan gənclərdə də ağırlaşmalar ola bilər - Nazirlikdən XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin sonuncu hissəsidir
Prezident İlham Əliyev: Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır
Prezident İlham Əliyev: İşğal olunmuş bütün ərazilər qaytarılmalıdır
Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə qayıtmağa hazırdır - ABŞ-ın NATO-dakı səfiri
Azərbaycan Prezidenti: Bizim qaçqın və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar
Prezident İlham Əliyev: Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik
YAP Gəncədə 10 azyaşlı uşağı və daha 5 ailəni himayəyə götürüb
Trend BİA-nın baş redaktoru “CNN Türk” telekanalına Dağlıq Qarabağda davam edən gərginlik barədə açıqlama verib (FOTO/VİDEO)
Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib
Biz ermənilərdən Rusiyanın nə etmək lazım olduğunu eşitməkdən yorulmuşuq - Konstantin Zatulin
Şuşada sonuncu çay - 1992-ci il (FOTO)
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb (FOTO)
Azərbaycanda qızıl-gümüş ucuzlaşıb
Mülki insanlara hücum qəbuledilməzdir - İsrail səfiri
NATO Dağlıq Qarabağ münaqişəsində tərəf deyil - NATO baş katibindən Ermənistan prezidentinə
İsrail səfiri Mingəçevirə səfər edəcək (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Xaricdə yaşayan ermənilər üçün əlavə reyslər açılıb - Qarabağa gətirilirlər (FOTO)
Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması haqqında qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib
Paşinyan başını itirib, erməni xalqını qırğına vermək istəyir - Deputat
İran ABŞ-a nota verib
Naxçıvan istiqamətində uçuş etmək istəyən Ermənistanın PUA-sı məhv edilib
Sabahın hava proqnozu açıqlanıb
Qəbələ və Kürdəmir "Elbrus" raket sistemi ilə vurulub - ANAMA (FOTO)
İsrailin səfiri Gəncədə terror baş verən ərazidə olub (FOTO)
Düşmənin ələ keçirilən növbəti hərbi texnikaları (VİDEO)
Türkiyənin Baş Ombudsmanı Prezident İlham Əliyevə: Hər axşam neçə yaşayış məntəqəsinin azad edildiyi barədə açıqlamalarınız Türkiyədə insanların könlünə sevinc gətirir
İstənilən həkimi süni tənəffüs aparatının başına qoymaq mümkün deyil - TƏBİB
“AzerGold” işğal edilmiş ərazilərdə əlvan metalların qanunsuz hasilatını təşkil edən Ermənistan və Avropa şirkətləri ilə bağlı tədbirlər görür
Prezident İlham Əliyev: Ermənistana xaricdən yardım edilir, oraya muzdlular, pullu əsgərlər göndərilir
Rusiyada koronavirusdan ölənlərin sayı 25 mini keçdi
Prezident İlham Əliyev: İşğaldan azad edilmiş şəhərlərin, kəndlərin böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb
Prezident İlham Əliyev: Bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistanın tərəfini tutur
Prezident İlham Əliyev: Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmamışıq və atmayacağıq
“Caspian Energy Club” Dövlət Vergi Xidmətinin iştirakı ilə onlayn B2G forumu keçirib (FOTO)
Prezident İlham Əliyev: Biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan xilas etmiş oluruq
Erməni hərbçilər döyüşlərdə iştirak etməkdən imtina edir - MN
Cavanlarımız maska taxmaqdan çəkinirlər, buna ciddi yanaşmırlar -TƏBİB
Ermənistanın Qəbələyə atdığı raketlər nəticəsində bir nəfər yaralanıb, 5 evə ziyan dəyib (FOTO)
Ermənistanın Türkiyədən məhsul idxalına qadağası Türkiyə iqtisadiyyatına təsir göstərməyəcək
Qanunsuz silahlanan Ermənistan özünə arxayın idi, ona görə danışıqlardan qaçırdı - Ekspert
Cəbhəyə getmək istəməyən ermənilər özlərini koronavirusa "yoluxdurur" - Müsbət "COVİD-19" testi 2 min dollar
“AccessBank” 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
Azərbaycan Ordusu öz qələbə salnaməsini yazır - Deputat
Türkiyə Ombudsmanı Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir (VİDEO)
USM müayinəsindən vaxtaşırı keçmək nəyə görə lazımdır?
Düşmən cəbhədə uduzduqca raket atdığı dinc şəhərlərin sayını artırır
Hazırki şərtlər Bakıya böyük diplomatik üstünlük yaradıb - Deputat
Bütün xəbərlər