...

Berni Ekklstoun: Bakıda Formula 1-in təşkilatçılığının öhdəsindən çox yaxşı gəlirlər

Nəzər nöqtəsi Materials 28 Aprel 2018 13:16 (UTC +04:00)
Bakıda Formula 1-in təşkilatçılığının öhdəsindən çox yaxşı gəlirlər.
Berni Ekklstoun: Bakıda Formula 1-in təşkilatçılığının öhdəsindən çox yaxşı gəlirlər

Bakı. Ləman Zeynalova - Trend:

Bakıda Formula 1-in təşkilatçılığının öhdəsindən çox yaxşı gəlirlər.

Trend-in məlumatına görə, bunu Formula 1-in keçmiş rəhbəri Berni Ekklstoun deyib.

O, təşkilatçılıq səviyyəsindən məmnun qaldığını bildirib.

Formula 1 yarışlarında islahatlardan danışan B.Ekklstoun bildirib ki, əsaslı dəyişikliklər görmür:

“Çox az şey dəyişib. Əslində Formula 1-i daha da yaxşı edən yarışda iştirak edən komandalardır”.

O həmçinin əlavə edib ki, V10 tipli mühərriklərə qayıtmaq daha yaxşı olardı:

“Hələ dörd il əvvəl mən demişdim ki, mühərriklərlə bağlı problem yaranacaq. Komandalara daha çox yanacaq sərf etməyə icazə vermək və yanacaq doldurulmasını bərpa etmək lazımdır. Fikrimcə, bu, yarışı daha gözəlləşdirəcək. Əlbəttə, bu mənim fikrimdir, amma yaxşı olardı ki, V10 mühərriklərinə qayıdaq”.

Qeyd edək ki, Bakıda FIA Formula 2 sinfində pilotların birinci yarışına start verilib.

10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında bir saat ərzində 29 dövrə vuraraq ən sürətli avtoyürüşçünü müəyyənləşdirəcəklər.

Aprelin 29-da isə 21 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.

Bu gün, həmçinin Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü və təsnifat mərhələsi keçiriləcək.

Sabah isə Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Xatırladaq ki, aprelin 27-də Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti