...

Politoloq: Ermənistan tərəfi səsləndirdiyi fikirlə özü-özünü təkzib etmiş oldu

Nəzər nöqtəsi Materials 2 Noyabr 2018 17:09 (UTC +04:00)
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin 30 oktyabr tarixində İstanbulda keçirilən üçtərəfli görüşü çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəyanatı haqda səsləndirdiyi fikirlə özü-özünü təkzib etmiş oldu.
Politoloq: Ermənistan tərəfi səsləndirdiyi fikirlə özü-özünü təkzib etmiş oldu

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin 30 oktyabr tarixində İstanbulda keçirilən üçtərəfli görüşü çərçivəsində Azərbaycan, İran, Türkiyənin xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə imzalanan İstanbul Bəyannaməsi ilə bağlı səsləndirdiyi fikirlə özü-özünü təkzib etmiş oldu. Bunu Trend-ə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, A.Nağdalyanın 30 oktyabr görüşünün bəyannaməsi haqqında “ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu ilə ziddiyyət təşkil edən və ondan kənarda hər hansı sənədin münaqişənin həllinə heç bir aidiyyəti yoxdur və sünidir” deməsi Ermənistanın səsləndirdiyi bəyanatlarla atdığı addımlar arasında uyğunsuzluğu qabarıq şəkildə göstərir.

Politoloq qeyd edib ki, rəsmi Yerevan bir daha özü-özünü inkar edir: “Maraqlıdır ki, Ermənistan tərəfi suala verdiyi cavabla bir daha özü-özünü təkzib etmiş olur. Xatırlatmaq istərdik ki, bir müddət öncə məhz Ermənistan münaqişənin həlli ilə heç bir əlaqəsi olmayan və ortaq dil dəyərləri ətrafında birləşən dövlətləri bir araya gətirən Beynəlxalq Frankofoniya Təşkilatının Yerevanda keçirilən sammitinin yekun bəyanatında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar müddəalar daxil edib və bundan özünün "diplomatik uğuru" ilə bağlı ucuz şoular düzəltmək üçün istifadə etməyə çalışıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti