...

Ekspert: Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi iqtisadiyyatın qabaqlayıcı inkişaf dinamikasını təmin edib

Nəzər nöqtəsi Materials 16 Oktyabr 2019 22:45 (UTC +04:00)
Qeyri-neft sektorunun artımı, eləcə də sənaye sektorunun qabaqlayıcı inkişaf dinamikası Azərbaycanda dövlət başçısının bilavasitə rəhbərliyi ilə keçirilmiş iqtisadi islahatların nəticəsidir.
Ekspert: Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi iqtisadiyyatın qabaqlayıcı inkişaf dinamikasını təmin edib

Bakı. Mətanət Nəsibova - Trend:

Qeyri-neft sektorunun artımı, eləcə də sənaye sektorunun qabaqlayıcı inkişaf dinamikası Azərbaycanda dövlət başçısının bilavasitə rəhbərliyi ilə keçirilmiş iqtisadi islahatların nəticəsidir.

Bunu Trend-ə Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov 2019-cu ilin ilk doqquz ayının sosial-iqtisadi yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, 2014-cü ildə neft-enerji bazarında volatillik dövründən sonra Azərbaycanda institusional dəyişikliklərin ardıcıl reallaşdırılmağa başladığı müşahidə olundu:

“Ölkədə biznes mühitin dəstəklənməsi məqsədilə müəyyən vergi güzəştləri tətbiq olundu, eləcə də sosial paketlərin gücləndirilməsi üçün tədbirlər görüldü. Bütün bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin memarı olduğu vacib dəyişikliklərin nəticəsidir. Eyni zamanda sosial blokda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan təbdirlər ona gətirib çıxarır ki, daxili istehlak bazarı artır, istehlakçı daha ödəməqabiliyyətli olur, bu isə öz növbəsində ölkədə iqtisadi artımı stimullaşdırır. Vergi və gömrük sahəsində islahatlar, şəffaflıqla bağlı addımlar öz nəticələrini verməkdə davam edir”.

Ekspert qeyd edib ki, Azərbaycan dövlətinin düşünülmüş və balanslaşdırılmış siyasəti ən yüksək səviyyədə keçirilir:

“Dövlət başçısının məhz qeyri-neft sənayesində qabaqlayıcı artımı qeyd etməsi çox vacibdir, çünki bu, iqtisadiyyatın real sektorudur və fikrimcə, investisiyaların həcminin artması, investisiya axınının innovativ məzmunu yaxın gələcəkdə ölkə iqtisadiyyatında ümumi daxili məhsulun 5 faiz və daha çox həcmdə qabaqlayıcı artımına nail olmağa imkan verəcək”.

E.Məmmədovun sözlərinə görə, qısa və orta müddətli perspektivdə qeyri-xammal sahələrin inkişafı istiqamətində bu göstəricilərdə dəyişikliklər baş verə bilər:

“Bu fikir qeyri-neft sektoruna yönəlmiş kapital qoyuluşlarının həcminə əsaslanır. Hesab edirəm ki, yaxın illərdə də bu istiqamətdə atılan addımların çox ciddi sosial-iqtisadi təsiri gözlənilir. Daxili bazarı genişləndirməklə biz faktiki olaraq daxili bazarı stimullaşdırırıq, idxalı əvəzetmə siyasətinin reallaşdırılmasını dəstəkləyirik. Bu kontekstdə, bir tərəfdən əhalinin sosial müdafiəsinin artırılması üçün imkanların genişləndirilməsi ön plana çıxır, digər tərəfdən isə, daxili bazarın genişləndirilməsi, əmək fəaliyyətinin artırılması hesabına milli iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasına töhfə verilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti