...

Makedoniya təmsilçisi "Eurovision 2012" müsabiqəsinin əvvəlki yarışmalardan daha möhtəşəm olduğunu qeyd edib (FOTO)

Eurovision-2012 Materials 15 May 2012 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Makedoniya təmsilçisi Bakıda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin əvvəlki yarışmalardan daha möhtəşəm olduğunu qeyd edib.

Trend-in məlumatına görə, "Bakı Kristal Zalı"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında Makedoniya təmsilçisi Kaliopi Bukle deyib ki, bu cür möhtəşəm bir yarışmanın Azərbaycanda keçirilməsi çox gözəldir.

O vurğulayıb ki, "Bakı Kristal Zalı" hər bir müğənninin özünü rahat hiss etməsi üçün bütün şəraitə malikdir.

Müğənni, həmçinin Bakıda qonaqpərvər və mehriban insanlarla tanış olduğunu, dostlar tapdığını bildirib.

Xəbər lenti

Xəbər lenti