Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.Mehdiyev/
"Eurovision" mahnı müsabiqəsinin ilk qalibi, 1956-cı ildəki müsabiqədə İsveçrəni təmsil edən Lis Asia (Lys Assia) Bakını fantastik şəhər adlandırıb.
"Biz bütün günü Bakını gəzmişik. Bakı fantastik şəhərdir. Düşünürdüm ki, Bakı kiçik bir şəhərdir, lakin gəlib buranı görəndə heyrətə gəldim. Azərbaycanın şirniyyatlarını çox bəyəndim. "Bakı Kristal Zalı" da çox xoşuma gəldi. Burada insanlar çox mülayim və qonaqpərvərdir", - bunu cümə axşamı Trend-ə Asia deyib.
Asianın sözlərinə görə, ilk "Eurovision" mahnı müsabiqəsi ilə bugünkü müsabiqə arasında hər şey çox fərqlidir.
"Əlbəttə, bugünkü "Eurovision" mahnı müsabiqəsi birinci müsabiqəyə heç bənzəmir. O zaman müsabiqədə çox az ölkə iştirak edirdi, lakin bu gün yarışmada 42 ölkə iştirak edir. Eyni səhnədə 42 ölkənin çıxış etməsi sensasiyadır. 57 il bundan əvvəl heç kəs buna inanmazdı. Bu, sadəcə fantastikadır", - Asia əlavə edib.
"Eurovision"nin ilk qalibi: Bakı fantastik şəhərdir (FOTO)
"Eurovision" mahnı müsabiqəsinin ilk qalibi, 1956-cı ildəki müsabiqədə İsveçrəni təmsil edən Lis Asia (Lys Assia) Bakını fantastik şəhər adlandırıb.
