Azərbaycan, Bakı, 25 may /Trend/
"Eurovision 2012" mahnı müsabiqəsinin təşkilatçıları mayın 26-da "Bakı Kristal Zalı"nda keçiriləcək müsabiqənin finalının tamaşaçıları üçün qaydaları açıqlayıblar:
1. Müsabiqəyə gələnlər pasportu və ya bilet alarkən istifadə etdikləri sənədi özləri ilə götürməlidirlər.
2. Müsabiqəyə gələnlər biletləri tədbirin sonunadək özlərində saxlamalıdırlar.
3. Konsert zamanı peşəkar video və foto kameralardan istifadə qadağan edilir.
4. Tamaşaçıların partlayış təhlükəsi yaradan əşyaları və aerozolları, həmçinin içərisində 100 ml-dən çox maye olan qabları özləri ilə götürməsi qəti qadağandır.
5. Zala giriş saat 21:00-dan 23:20-dək açıq olacaq.