Azərbaycan, Bakı, 27 may /Trend/
İsveçin "Eurovision 2012" təmsilçisi Lorin "Bakı Kristal Zalı"nın səhnəsində 17-ci sırada çıxış edib.
Lorin ingilis dilində "Euphoria" mahnısını ifa edib.
"Əsas gözəllik musiqinin gözəlliyini insanlara çatdırmaqdır", - bir müddət əvvəl Lorin Trend-ə deyib.
Lorinin əsl adı Lorine Zineb Noka Talhaouidir. Əslən mərakeşli olan Lorin İsveçin "İdol 2004" müsabiqəsindən populyarlıq qazanıb. İlk mahnısını 2005-ci ildə təqdim edib. Bir müddət televiziyada aparıcı olub. 2011-ci ildə "My Heart is Refusing Me" mahnısı ilə İsveçin milli seçimlərində iştirak edib. Lakin İsveçi Avropanın ən nüfuzlu mahnı müsabiqəsində təmsil etmək arzusu 2012-ci ildə reallaşıb.