...

Can Bonomonun "Eurovision 2012"-nin finalında çıxışı (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 01:26 (UTC +04:00)
Türkiyənin "Eurovision 2012" təmsilçisi Can Bonomo "Bakı Kristal Zalı"nın səhnəsində 18-ci sırada çıxış edib.
Can Bonomonun "Eurovision 2012"-nin finalında çıxışı (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Türkiyənin "Eurovision 2012" təmsilçisi Can Bonomo "Bakı Kristal Zalı"nın səhnəsində 18-ci sırada çıxış edib.

Can Bonomo ingilis dilində "Love Me Back" mahnısını ifa edib.

Bonomo "Eurovision"dan sonra gələcək planları barədə danışıb, müsabiqədən sonra ikinci albomunu çıxarmağı və konsert verməyi planlaşdırdığını qeyd edib.

Gitaraçı olan Can Bonomo 1987-ci ildə İzmirdə anadan olub. 8 yaşından oxumağa başlayıb. 17 yaşında İstanbula köçüb. İstanbuldakı Bilgi Universitetinin kino və televiziya fakültəsində təhsil alıb. Türkiyənin müxtəlif televiziya və radio kanallarında çalışıb, bir neçə reklamlara çəkilib. 2011-ci ildə ifaçı iki mükafata layiq görülüb: "Boğaziçi" radiosunun musiqi mükafatı ("Ən yaxşı ifaçı" nominasiyasında qalib) və "Qızıl kəpənək" televiziya mükafatı ("Ən yaxşı solist" nominasiyasında qalib). Onun sonuncu "Meczub" albomu hitə çevrilib. Albomdakı demək olar ki, bütün mahnılar Can Bonomoya aiddir.

Xəbər lenti

Xəbər lenti