...

İranın yeni neft və sənaye nazirlərinin adları açıqlanıb

Dünya xəbərləri Materials 8 Oktyabr 2007 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir D.Xatınoğlu/ Qulamhüseyn Nozərinin neft və Əliəkbər Mehrabiyanın isə sənaye naziri kimi təsdiq olunması üçün sənəd İran Milli Məclisinə təqdim olunub.

Bunu İranın vitse-preztdenti Əhməd Musəvi İranın İRNA agentliyinə açıqlama verərkən bildirib.

İran prezidenti Mahmud Əhmədinejad 2007-ci ilin aprel ayında neft naziri Kazem Vəziri Hamanen və sənaye naziri Əlirza Təhmasbini tutduqları vəzifədən uzaqlaşdıraraq, Nozəri və Mehrabiyanı müvəqqəti olaraq müvafiq nazirliklərin sədri vəzifəsinə təyin etmişdi.

İran qanunlarına əsasən, prezident 3 ay müddətində nazirliyə təyin etdiyi şəxsin adını təsdiq olunması üçün Milli Məclisə təqdim etməlidir.

Əhmədinejad bundan əvvəl iki illik prezidentlik dövründə 5 nəfərin adını neft nazirliyinə namizəd olaraq irəli sürüb, lakin onlardan dördü rədd cavab alaraq yalnız Hamane təsdiq olunmuşdu.

Xəbər lenti

Xəbər lenti