...

Tbilisidə inzibati hüquq üzrə Cənubi Qafqaz regional konfransı keçiriləcək

Dünya xəbərləri Materials 29 Oktyabr 2007 20:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi/ Trend , müxbir N.Kirtsxaliya/ Noyabrın 1-2-də Tbilisidə "Kortiard Merriott" otelində inzibati hüquq məslələrli üzrə regional konfrans keçiriləcək. KAVKAZ-PRESS-in GTZ-yə istinadən verdiyi xəbərə görə, Gürcüstan, Azərbaycan və Ermənistan dövlət qurumlarının 30 nümayəndəsi bu konfransda iştirak edəcək.

Konfrans Alman Texniki Əməkdaşlıq Cəmiyyətinin "Cənubi Qafqazda hüquq və ədliyyə islahatları" layihəsi çərçivəsində keçiriləcək. Konfransda inzibati- hüquq məsələləri, xüsusilə, onun üç sahəsi: tikinti hüququ, ətraf mühitin mühafizəsi hüququ, və sahibkarlıq-inzibati hüququ mövzuları müzakirə olunacaq. Konfransın məqsədi - hüququn bu sahəsində qanunvericilik tənzimlənməsi müzakirəsinin vacibliyidir.

Konfransda alman ekspertləri, Bremen universitetinin professoru Qerd Vinter, Baden-Vyurtenberq Ədliyyə Nazirliyindən Folker Elenberqer və Qessensk Ədliyyə Nazirliyindən Mixail Ermantraut iştirak edəcəklər.

GTZ 1993-cü ildən Cənubi Qafqazda hüquqi və ədliyyə islahatlarının keçirilməsinə yardım edir.

Xəbər lenti

Xəbər lenti