...

Gürcüstan prezidenti Tiflisdə fövqəladə vəziyyət elan olunması haqda sərəncam imzalayıb

Dünya xəbərləri Materials 7 Noyabr 2007 23:10 (UTC +04:00)

Gürcüstan , Tiflis / Trend müxbir N. Kirsxalia / Gürcüstan prezidenti Mixail Saakaşvili Tiflisdə fövqəladə vəziyyət elan olunması haqda sərəncam imzalayıb . Məlumatı Gürcüstanın baş naziri Zurab Noqaideli çərşənbə günü axşam keçirdiyi brifinqdə deyib .

" Fövqədalə vəziyyətin davam edəcəyi müddət ərzində mitinq və yürüşlər qadağa edilir , həmçinin KİVlərə məhdudiyyətlər qoyulur " - deyə , baş nazir bildirdi .

" Biz hamımız bu gün Gürcüstanda dövlət çevrilişinə cəhdin şahidi olduq , və bu da fövqəladə vəziyyətin tədbiq olunmasına səbəb oldu ", o bildirdi .

Noqaideli qeyd etdi ki , prezident tərəfindən imzalanan sənəd qanunun tələbinə uyğun olaraq 48 saat ərzində parlamentin təsdiqinə göndəriləcək .

Xəbər lenti

Xəbər lenti