...

Üç müxalifət partiyası Gürcüstan parlamentinin spikeri ilə məsləhətləşmələr aparmaq istəyiblər.

Dünya xəbərləri Materials 8 Noyabr 2007 17:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxaliya/ "Müxalifət təmsilçilərinə olunan təklif qüvvəsində qalır", - cümə axşamı parlamentdə Gürcüstan parlamentinin hüquqi məsələlərlə iş üzrə komitəsinin sədr müavini Nino Kalandadze jurnalistlərə deyib.

"Bu vaxta qədər parlament sədri ilə danışıq aparmaq üçün "sənayeçilər" parlament fraksiyasının lideri Zurab Tkemaladze, "Yeni sağçılar" fraksiyasının lideri David Qamkrelidze və "Gürcüstan yolu"

fraksiyasının lideri Salome Zurabişvili təşəbbüs göstəriblər",- Kalandadze deyib.

O, həmçinin qeyd edib ki, hazırda parlament çoxluğunun təmsilçilərinin parlament sədri Nino Burcanadze ilə məsləhətləşmələri gedir. "Bu məsləhətləşmələrdə Tbilisinin meri Gigi Uqulava da iştirak edir", - sədr müavini məlumat verib.

Xəbər lenti

Xəbər lenti