...

UNESCO 2008-ci ili Iranın Marağa şəhərində yerləşən rəsədxananın ili elan etdi

Dünya xəbərləri Materials 15 Noyabr 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ UNESCO 2008-ci ili Iranın Güney Azərbaycan viləyətində yerləşən Marağa şəhər rəsədxanasının ili elan edib. İranın İRNA agentliyinin noyabrın 15-də yaydığı məlumata əsasən, UNESCO 2008-ci ili Marağa şəhərində yerləşən və 800 illik tarixə malik rəsədxananın ili elan etməklə, bu rəsədxananın inkişafına lazımi vəsait ayıracağını da bildirib.

Marağa rəsədxanasını 800 il bundan əvvəl iranlı alim Xacə Nəsirəddin Tusi tikdirib. 250 min sakini olan Marağa İranın Güney Azərbaycan vilayətinin ən qədim şəhərlərindən biridir.

Xəbər lenti

Xəbər lenti