...

Venesuela prezidenti Tehrana səfər edib

Dünya xəbərləri Materials 19 Noyabr 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Venesuela prezidenti Huqo Çavez Tehrana səfər edib. İranın "Mehrnews" agentliyinin noyabrın 19-da yaydığı məlumata əsasən, Çavez xarici işlər naziri, neft və sənaye nazirləri və digər yüksəkmərtəbəli heyətlə bugün Tehrana səfər edib.

Bu, Çavezin son iki ildə İrana dördüncü rəsmi səfəridir. Venesuela dövləti rəsmi Tehranın ən yaxın müttəfiqidir, İranın nüvə planını birmənalı şəkildə dəstəkləyir və iki ölkə arasında siyasi-iqtisadi münasibətlər geniş səviyyədə inkişaf etməkdədir.

Çavez bu səfərdə İran prezidenti Mahmud Əhmədinejadla iki ölkə arasında inkişafın daha da genişləndirilməsi barədə müzakirələr aparacaq.

Xəbər lenti

Xəbər lenti