...

Ukrayna prezidenti Zasyadko adına şaxtanın təcili olaraq bağlanmasına israr edir

Dünya xəbərləri Materials 3 Dekabr 2007 16:06 (UTC +04:00)

Ukrayna, Kiyev / Trend müxbir Z.Novosvitski/ Ukrayna prezidenti Viktor Yuşenko Zasyadko adına şaxtada faciənin baş vermə səbəblərinin tam olaraq aydınlaşdırılmasına qədər həmin şaxtanın təcili olaraq tamamilə bağlanmasına israr edir. Bu barədə bazar ertəsi dövlət başçısının mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Bazar günü, dekabrın 2-də saat 21:20-də Zasyadko adına şaxtanın qəza vəziyyətində olan hissəsində hava-metan qarışığının üçüncü dəfə partlayışı baş verib, nəticədə 5 mədən fəhləsi həlak olub, 66 nəfər xəstəxanaya yerləşdirilib.

Bazar ertəsi saat 7.00-a olan məlumata görə, birinci partlayış (18 noyabr gecə saatlarında baş verib) və üçüncü partlayışlar nəticəsində Zasyadko şaxtasında 106 nəfər həlak olub. Hər üç partlayışdan sonra 156 şaxtaçı müalicə olunur.

Dövlət başçısının Ukraynanın baş naziri Viktor Yanukoviçə ünvanladığı teleqramında prezident yoxlamaların nəticələrinin üç gün ərzində ona göndərilməsi barədə göstəriş verib.

Xəbər lenti

Xəbər lenti