...

Polşa prezidenti dekabrın 6 –dan 7 – dək Ukraynaya rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 4 Dekabr 2007 20:35 (UTC +04:00)

Ukrayna, Kiyev / , Z.Novosvitski/ Polşa prezidenti Lex Kaçinski dekabrın 6 -dan 7 - dək Ukraynaya rəsmi səfər edəcək. Bu barədə Ukrayna prezidentinin mətbuat xidmətindən xəbər veriblər.Dekabrın 6-da Kaçinskiy və Ukrayna prezidenti Viktor Yuşşenkonun təkbətək görüşündən sonra iki dövlət başçısının geniş formatda danışıqları gözlənilir. Danışıqlardan sonra ikitərəfli sənədlərin imzalanma mərasimi keçiriləcək. Bundan əlavə, dekabrın 7 - də prezidentlərin Odessaya səfəri planlaşdırılır. Prezidentlər Odessada "Yujnıy" Dəniz ticarəti limanına baş çəkəcək, "Odessa-Brodı" neft kəmərinin birgə istifadə perspektivinə həsr olunmuş təqdimatla tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti