...

Əhmədinejad Səudiyyə kralının dəvəti ilə Həcc ziyarətinə yola düşəcək

Dünya xəbərləri Materials 13 Dekabr 2007 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / İranın Ər-Riyaddakı səfiri Seyid Məhəmməd Hüseyninin " akhbaralaalam " saytına verdiyi xəbərə görə, İran prezidenti Əhmədinejadın Səudiyyə kralının rəsmi dəvəti ilə Həcc ziyarətinə yola düşəcəyi bildirilib.

Xəbərdə Səudiyyə kralının İran prezidentini rəsmi Həcc səfərinə dəvətinin hər iki dövlət tarixində ilk dəfə baş verdiyi bildirilib. İran prezidenti Həcc ziyarətinə gələn həftə yola düşəcək. Siyasi şərhçilər bu hadisəni İran-Səudiyyə münasibətlərində başlanğıc mərhələ kimi qiymətləndiriblər.

Xəbər lenti

Xəbər lenti