...

Bu gün beynəlxalq Xolokost qurbanları günü qeyd edilir

Dünya xəbərləri Materials 27 Yanvar 2008 22:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar / müxbir Trend R.Abdullayev / Bu gün qeyd edilən bynəlxalq Xolokost qurbanları günü mərasimində ilk dəfə Böyük Britaniyanın Müsəlman şurası iştrak edəcək. Bu barədə NEWSRU BBC-yə istinadən xəbər yayıb.

BMT 2001-ci ildə qəbul etdiyi qərara əsasən Xolokost qurbanları günü Osvensimin azad olunması günü qeyd edilir. Böyük Britaniyada 27 yanvar milli unudulmaz gün sayılır. Bu günə kimi Birləşmiş Krallığın müsəlmanları Xolokost qurbanları günü baykot edirdilər. Baykota səbəb, qurbanlar kimi tək yəhudilərin adları çəkilməsi idi.

Böyük Britaniyanın Müsəlman şurası rəsmi mərasimdə iştrakı barədə qərarı bir neçə həftə bundan qabaq qəbul etmişdir. Mərasim, bu gün Liverpulda keçiriləcək. Gözlənildiyi kimi mərasimdə 1600 nəfər iştrak edəcək. Təşkilatçı qismində, Britaniyanın höküməti tərəfindən maliyyələşən "Xolokost qurbanlarının xatirəsi Fondu" çıxış edibdir. Fondun büdcəsi ildə 1,5 milyon funta bərabərdir.

"Ha-Aretz" xəbər verir ki, Müsəlman şurası baykotun dayandırılması barədə qərarı yəhudi icmasını təsiri altında qəbul etmişdir. Xolokost qurbanları mərasimi BMT Nyu-York şəhərindəki baş qərargahında qeyd ediləcək. Mərasimdə iştrak etmək üçün Tel-Aviv universitetindən 90 müsiqiçi dəvət edilib.

Xəbər lenti

Xəbər lenti