...

Böyük Britaniya şahzadə Harrini Əfqanıstandan çıxartmaq üçün xüsusi əməliyyat hazırlayır

Dünya xəbərləri Materials 29 Fevral 2008 08:29 (UTC +04:00)
Böyük Britaniya şahzadə Harrini Əfqanıstandan çıxartmaq üçün xüsusi əməliyyat hazırlayır

Böyük Britaniyanın hərbiçiləri, amerikanın veb-saytı şahzadənin axırıncı 10 həftə ərzində ön xətdə xidmət etdiyi və "Taliban" döyüşçüləri ilə vuruşduğu barədə məlumat yaydıqdan sonra, şahzadə Harrini Əfqanıstandan çıxartmaq üçün xüsusi əməliyyat hazırlayırlar. Bu barədə The Guardian qəzeti yazır.

Güman edilir ki, şahzadə indiyə kimi britaniyalı hərbiçilərin sırasında Əfqanıstanın Helman vilayətində xidmət edirmiş.

Dünən şahzadə Harrinin Əfqanistanda keçirilən əməliyyatda iştrakı barədə Britaniya KİV bağlanan saziş pozulmuşdur. Harri bu əməliyyatda "döyüşçüləri təqib etməli idi".

Bu sazişə əsasən, əgər şahzadənin iştrakı məlum olardısa Böyük Britaniyanın hərbi kontinqenti böyük təhlükə altına atılardı.

Hal hazırda kontinqentin rəhbərliyi şahzadənin tezliklə evakuasiyasını təmin etmək üçün əlindən gələni edir, çünki taliblər britaniyanın bazalarına hücumları gücləndirə bilərlər, Qazeta.ru xəbər verir.

Xəbər lenti

Xəbər lenti