...

Kosovo höküməti dünyanın 20 ölkəsində səfirliklər açmaq niyyətindədir

Dünya xəbərləri Materials 13 Mart 2008 05:22 (UTC +04:00)
Kosovo höküməti dünyanın 20 ölkəsində səfirliklər açmaq niyyətindədir

Kosovo höküməti cari il ərzində dünyanın 20 ölkəsində səfirliklər açmaq niyyətindədir. Bu barədə Kosovo baş nazirin müavini Xayredin Kuçi bildirib. Lakin, o, səfirliklərin hansı ölkələrdə açılacığını konkretləşdirməkdən imtina edib. Guman edilir ki, ilk ölkələrdən biri ABŞ və bəzi Avropa İttifaqına daxil olan ölkələr olacaq.

X.Kuçi onuda bildirib ki, Kosovo gözləyir ki, prespektivdə bəzi ölkələr də onun müstəqilliyini tanısın. Bölgənin höküməti guman edir ki, bu ölkələrin sayı ilin sonuna 100 çatacaq.

Xatırladaq ki, Kosovo parlamenti birtərəfli müstəqilliyin elan olunması barədə deklarasiyanı 17 fevral 2008-ci il ratifikasiya etmişdir. Kosovonun müstəqilliyini Almaniya, Fransa, Latviya, Estoniya, Norveç, Sloveniya, Böyük Britaniya, İtaliya, Polşa, Avstraliya, Əfqanıstan, ABŞ, Türkiyə və Finlandiya tanımışlar. Kosovo bölgəsinin müstəqilliyinə qarşı Rusiya, İspaniya, Rumıniya, və Kipr çıxzış edirlər. Bu barədə RBK xəbər verir.

Xəbər lenti

Xəbər lenti