İsrail, Qüds/ Trend müxbir R.Abdullayev/ Rusiya prezidenti Vladimir Putin dövlətin 60-illiyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün yaxın vaxtlarda İsrailə gələcək. Bu barədə "Yediot Ahronot" qəzetinin məlumatına istinadən NEWSRU agentliyi məlumat verib.
Bununla yanaşı Qüdsdəki mənbənin sözlərinə görə, Putin prezident Şimon Peres tərəfindən təşkil ediləcək və mayın 14-ə təyin edilmiş gələcəyin konfransında iştirak etmək haqqında təklifi qəbul etməyəcək. Rəsmi dəvət onun bu yaxınlarda İsrailə edilmiş səfərinin gedişində Rusiyanın xarici işlər naziri Sergey Lavrova verilib.
Mənbələrin rəyinə görə, Putin Peresin təklifini qəbul etmiş ABŞ prezidenti Corc Buşla eyni zamanda İsraildə olmaq istəməyəcək və ona kifayət qədər diqqət ayrılacağına əmin olmaq üçün səfərin tarixini dəyişməyi üstün tutacaq.
Nəşrin qeyd etdiyi kimi, Putin Buşun kölgəsində qalmaq istəməyən yeganə lider deyil. Almaniyanın kansleri Angela Merkel İsrailə hələ Müstəqillik Gününədək səfər etməyi üstün tutub. Fransa prezidenti Nikolya Sarkozi bildirib ki, İsrailə iyunda səfər edəcək. Böyük Britaniya hökumətinin rəhbəri Qordon Braun İsrailə Buşdan ayrı səfər edəcəyini bildirib.