...

Gürcüstanda rəyi soruşulanların 90%-i ən nüfuzlu şəxs kimi ölkə prezidentinin adını çəkib

Dünya xəbərləri Materials 16 İyun 2008 11:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi/ Trend , müxbir N.Kirstxaliya/ Gürcüstanın ən nüfuzlu şəxsi prezident Mixail Saakaşvilidir. Həftəlik "Kviris palitra" ("Həftənin palitrası") tərəfindən sorğunun aparıldığı 542 nəfərin əksəriyyəti belə hesab edir.

Rəyi soruşulanların 90%-i bildirib ki, məhz Gürcüstan prezidenti ölkədə ən nüfuzlu şəxsdir. Sorğu reytinq xarakterli olub. Nüfuzuna görə ikinci yeri daxili işlər naziri Vano Merabişvili tutub. Onun ardınca Baş nazir Lado Qurqenidze, parlamentin sədri David Bakradze, Tbilisinin meri Qiqi Uqulava yer alıblar.

Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya, Müdafiə və təhlükəsizlik üzrə parlament komitəsinin sədri Qivi Tarqamadze və müdafiə naziri David Kezeraşvilinin adları da ölkənin daha çox nüfuza malik şəxsləri arasında çəkilib.

Xəbər lenti

Xəbər lenti