İran, Tehran, 05 avqust / Trend /R.Azadbəxş/ İranın Ali Şura Məclisinin nümayəndələri çərşənbə axşamı İran prezidenti Mahmud Əhmədinejad tərəfindən Parlamentə təqdim olunmuş daxili işlər naziri vəzifəsinə namizəd Əli Kordan , nəqliyyat naziri vəzifəsinə namizəd Həmid Behbəhani və İqtisadiyyat naziri vəzifəsinə namizəd Şəmsəddin Hüseyninin səlahiyyətlərini təsdiqləyib.
İranın Ali Şura Məclisinin nümayəndələri Hüseyninin lehinə 183, əleyhinə51 v səs ( 37 səs bitərəf) , Behbəhaninin lehinə 219, əleyhinə 29 (23 səs bitərəf), Kordanın lehinə 169, əleyhinə 69 və (36 səs bitərəf) səs veriblər.
Əhmədinejad ötən həftənin çərşənbə axşamı İran Ali Şura Məclisinin sədri Əli Laricaniyə məktub yazaraq, Həmid Behbəhani, Seyid Şəmsəddin Hüseyni və Əli Kordanı Parlamentdən rəy almaq üçün təqdim edib.
Kordan və Behbehani hakim "Usulgəra" koaliasiyasının hakimiyyəti tənqid edən qanadına yaxın şəxslərdir. Hüseyni isə, hakim koaliasiyanın hakimiyyəti dəstəkləyən digər cinahına yaxın şəxsdir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]