...

Gürcüstan Rusiya sülhməramlılarından ağır silahların Tsxinvalidən çıxarılmasına başlamağı tələb edir

Dünya xəbərləri Materials 5 Avqust 2008 18:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın reinqeqrasiya məsələləri üzrə dövlət katibi Temur Yakobaşvili Rusiya tərəfdən Gürcüstan- Osetiya münaqişə zonasının demilitarizasiyasına başlamağı tələb edir. "Münaqişə zonasında qarışıq sülhməramlı qüvvələrin komandanı Marat Kulahmetovun mənə göndərdiyi məktubda deyilir ki, Gürcüstan kəndləri cümə günü gecə ağır silahlardan bombalanıb", - Yakobaşvili çərşənbə axşamı brifinqdə bildirib.

O vurğulayıb ki, təqdim edilən siyahıda gürcü kəndlərinin bombalanması zamanı istifidadə edilən ağır silahların adları var. " Qarışıq qüvvələrin əsas hissəsini təşkil edən Rusiya sülhməramlıları mandatda nəzərdə tutulan öhdəlikləri yerinə yetirməli və Cənubi Osetiyanın bizim idarə etmədiyimiz ərazisini oradakı ağır silahlardan azad etməlidir", - dövlət naziri bəyan edib.

O yenidən xatırladıb ki, "Tsxinvalinin uşaq və qadınların köçürülməsi kimi, şəhərin kütləvi bombalanması barədə bəyanatları da oyundur. "Yalnız ağır texnikanın çıxarılması vəziyyətin sakitləşməsinə gətirəcək. Gürcüstan tərəfi daha bir dəfə bəyan edir ki, heç bir ilkin şərt olmadan, danışıqlar masası arxasına əyləşməyə hazırdır", - Yakobaşvili bildirib.

Xəbər lenti

Xəbər lenti