...

Gürcüstanda yaşayan azərbaycanlılar müharibədə iştirak etmək üçün könüllülər yaradıb

Dünya xəbərləri Materials 9 Avqust 2008 15:12 (UTC +04:00)
Gürcüstanda yaşayan azərbaycanlılar müharibədə iştirak etmək üçün könüllülər yaradıb

Azərbaycan, Bakı, 9 avqust / Trend , müxbir C.Babayeva/ Gürcüstanda yaşayan azərbaycanlılar Cənubi Osetiya bölgəsində yaranmış gərginliklə əlaqədar müharibədə iştirak etmək üçün könüllü olaraq cəbhə xəttinə yollanmağa hazırdırlar.

"Gürcüstanda hərbi səfərbərlik elan olunduqdan sonra azərbaycanlılar arasında da cəbhə xəttinə yollanmaq istəyənlər var" şənbə günü telefonla Tbilisidən Trend -a "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərovun şənbə günü telefonla Tbilisidən məlumat verib.

Trend Neews-un arayışı: Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Səhər gürcü ordusunun Tsxinvaliyə daxil olması barədə məlumat yayılıb. Rəsmi Tbilisi bu hadisələri "Konstitusiya rejiminin bərpası"adlandırır. Tanınmamış Cənubi Osetiya Rusiyadan hərbi kömək istəyir. Dünən Gürcüstanın ehtiyatda olan hərbçilərinin səfərbər olunması elan edilib.

Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə, Rusiya sülhməramlıları arasında həlak olan və yaralananlar var. Gürcü tərəfi iyirmi hərbçinin həlak olması barədə xəbər verir. Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Cənubi Osetiyada dinc əhalidən minlərlə adam ölüb və yaralanıb. Rusiya hərbi hava qüvvələrinin Gürcüstanın azərbaycanlıların sıx məskunlaşdığı Marneuli və Bolnisi şəhərlərini intensiv atəşə tutub. Bombalar Marneulinin hərbi aerodromuna atılıb. Bombalama nəticəsində dörd nəfər həlak olub.

Gürcüstan prezidenti Mixail Saakaşvili avqustun 9-da Rusiya ilə müharibə vəziyyətində olduqlarını elan edib.

Əsgərovun bildirdiyinə görə, Gürcüstan azərbaycanlıları aviazərbələrin hər an təkrarlanacağından çox narahatdırlar. "Azərbaycanlılar arasında xəsarət alanlar yoxdur", deyə o bildirib.

O, Azərbaycan və Gürcüstan arasında gömrük keçid məntəqələrində hərbi xidmət yaşında olan şəxslərin səbəbsiz ölkədən çıxmasına maneələr yaradıldığını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti