Gürcüstan, Tbilisi, 12 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Hollandiyalı jurnalist və onun operatoru hava hücumu başlayarkən Qoridə televiziya qülləsinin yaxınlığında olublar. Onlar buradan çəkdikləri materialı ötürürdülər. Bu barədə Trend -un müxbirinə həmkarları Qoridən məlumat veriblər.
Şahidlərin bildirdiklərinə görə, operator yaralanıb, bəziləri isə iddia edirlər ki, öldürülüb. Lakin jurnalist sağ qalıb.
İndiyədək onların barəsində əlavə məlumat yoxdur. Təsdiqlənməmiş məlumata əsasən, onları regionun xəstəxanalarından birinə - ehtimal olunur ki, Kaspi-yə aparıblar.
Jurnalistlərin adlarını öyrənmək mümkün olmayıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]