...

Rusiya aviasiyası Borjomidə meşə yanğınlarının gücləndirilməsi ilə məşğuldur – Gürcüstan DİN

Dünya xəbərləri Materials 15 Avqust 2008 20:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiya vertolyotu Borjomi-Tsemi meşə parkında yanğınlarına alovlandırılması ilə məşğuldur. Bu barədə cümə günü brifinqdə Gürcüstan daxili işlər nazirinin müavini Yekaterina Zquladze məlumat verib.

"Rusiya vertolyotu daim meşə ərazisi üzərində uçur və onun hər belə uçuşundan sonra meşədə yanğın başlayır", - o bəyan edib.

Zquladze qeyd edib ki, yerli əhali və yanğınsöndürənlər qəhrəmanlıqla yanğınla mübarizə aparır və hələ ki, onun öhdəsindən gəlir. "Bu aksiya Samtsxe-Cavaheti regionunda qorxu və çaxnaşma yaratmağa yönəlib", - Zquladze bildirib.

Nazir müavini jurnalistləri bu faktları Rusiya işğalçılarının azğınlığı kimi qeydə almağa çağırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti