...

Qərbin Rusiyanı cəzalandırmaq üçün bütün mexanizmləri var – Temur Yakobaşvili

Dünya xəbərləri Materials 27 Avqust 2008 15:17 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Qərbin Rusiyanı cəzalandırmaq üçün bütün mexanizmləri var, reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili jurnalistlərə bəyan edib.

Onun sözlərinə görə, Rusiyada qarma-qarışıq qərarların qəbulu mərhələsi başlayıb və qərarları düşünmədən qəbul edirlər.

Yakobaşvili hesab edir ki, Rusiyanın son addımları strateji və tarixi səhvlərdir və "mən bu hərəkətləri Sovet İttifaqı ilə müqayisə edərdim".

"Qərblə qarşıdurma Rusiya üçün öldürücüdür. Sovet İttifaqı buna dözə bilmədi və mən anlaya bilmirəm, Rusiya buna necə dözə biləcək", - Yakobaşvili bildirib.

Xəbər lenti

Xəbər lenti