...

"Likud"partiyası Sipi Livninin milli birlik hökumətinin yaradılması təklifini rədd edib

Dünya xəbərləri Materials 23 Sentyabr 2008 18:02 (UTC +04:00)

"Likud"müxalifət partiyası İsrail Baş nazirinin səlahiyyətlərini icra edən Sipi Livninin milli birlik hökumətinin yaardılması çağırışını rədd edib. Bu barədə çərşənbə axşamı Ynet agentliyi xəbər verib.

Partiyanın bəyanatında deyilir: "İsrail vətəndaşlarına onların rəhbərlərinin kim olması və kimin onları hansı yolla aparacağı ilə bağlı seçim etmək imkanı vermək lazımdır". "Likud"un rəhbərliyi "xalqın istəyini nəzərə almayan taktiki cəhdlərə və fəndlərə"son qoymağa çağırıb.

Xatırladaq ki, bazar ertəsi "Kadima"nın rəhbəri Livni "Likud"a və parlament müxalifətinin lideri Binyamin Netanyahuya onun rəhbərliyi altında milli birlik hökumətinə qoşulmaq çağırışı ilə müraciət edib. O bunu,  ölkə prezidenti Şemon Peres, Baş nazir Ehud Olmertin istefasını qəbul edərək, Livniyə yeni Nazirlər Kabinetinin formalaşdırılmasını tapşırandan dərhal sonra edib.

Xəbər lenti

Xəbər lenti