...

Corc Buş maliyyə böhranına səmərəli reaksiya göstərməyə vəd verib

Dünya xəbərləri Materials 23 Sentyabr 2008 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr/ Trend , müxbir V.Şərifov/ABŞ prezidenti Corc Buş ictimaiyyəti Amerikada başlayan maliyyə böhranına səmərəli reaksiya göstərmələrinə inandırıb.

"Sizi inandıra bilərəm ki, mən, mənim administrasiyam və Konqres strategiya hazırlayırıq. Biz mövcud çətinliklərə çox sürətlə reaksiya göstərəcəyik", - ABŞ prezidenti çərşənbə axşamı BMT Baş Assambleyasının 63-cü sessiyasında ümumsiyasi müzakirələr çərçivəsində, Ümumdünya Təşkilatının mənzil -qərargahında bəyan edib.

Onun sözlərinə görə, hazırda ABŞ şəxsi maliyyə sisteminin likvidliyini artırmağa çalışır.

Xəbər lenti

Xəbər lenti