Gürcüstan, Tbilisi, 3 oktyabr/ Trend müxbir N.Kirtsxalia/ Gürcüstan yaxın zamanda silahlanmaya pul sərf etməyəcək və bütün vəsait dünyanın ən yaxşı tədris ocaqlarında kadrların hazırlanmasına yönəldiləcək. Bunu Gürcüstan prezidenti Mixail Saakaşvili ötən günü Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin komandanlığı ilə keçirdiyi iclasda deyib.
Əsas maliyyə vəsaitlərinin iqtisadiyyatın inkişafına yönəldiləcəyini deyən Gürcüstan prezidenti yeni silah növlərinin alınmayacağını vurğulayıb.
Prezident eyni zamanda qeyd edib ki, hərbçilərin sosial rifahının yaxşılaşdırılması və yeni kadrların hazırlanması işi yüksək templərlə davam etdiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]