...

Ukrayna prezidenti parlamentin buraxılnasına dair məsləhətləşmələr təyin edib

Dünya xəbərləri Materials 8 Oktyabr 2008 01:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend /   Ukrayna prezidenti Viktor Yuşenko oktyabrın 8-də parlamentin buraxılnasına dair məsləhətləşmələr keçirəcək. Bu barədə UNİAN agentliyi prezidentin mətbuat xidmətinin rəhbəri İrina Vannikovaya istinadla xəbər verib.

Vannikova bildirib ki, məsələhətləşmələr zamanı Ali Radanın sələahiyyətlərinin vaxtından öncə dayandırılması və buraxılmasına dair qərar müzakirə olunacaq.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, prezident məsləhətləşmələrdə iştirak etmək üçün parlamentin sədri, onun müavinləri, həmçinin beş parlament fraksiyasının rəhbərlərinə fərdi teleqramlar göndərib.

Xəbər lenti

Xəbər lenti