Azərbaycan, Bakı, 8 oktyabr / Trend / Biz Gürcüstan və Ukraynaya mənəvi dəstək olmalıyıq və onların NATO-ya üzvlük məsələsində kömək göstərməliyik. Bunu ABŞ-da prezidentliyə respublikaçılar partiyasından namizəd, senator Con Makkeyn demokratlar partiyasından namizəd Barak Obama ilə birgə Neşvildə (Tennesi ştatı) keçirdiyi seçkiqabağı teledebatda deyib.
їBiz Rusiyanı başa salmalıyıq ki, kiçik dövlət olan Gürcüstana qarşı təcavüzə görə cəza mövcuddurї, deyən Makkeyn Rusiyanın mövqeyini dəyişdirmək üçün ona beynəlxalq təzyiqin göstərililməsini zəruri hesab edib, RBC agentliyi xəbər verir.
Lakin Rusiya ilə münasibətlərin pisləşməsini soyuq müharibə kimi dəyərləndirməyən Makkeyn, Rusiyanın hərəkətlərini buna çağırış kimi qiymətləndirib.
Demokratlar partiyasından namizəd Barak Obama isə Birləşmiş Ştatların Polşa, Estoniya, Latviya və başqa sovet respublikalarına həm mənəvi, həm maddi dəstək göstərməyini mühüm hesab edərək, ABŞ-ın bu ölkələrin iqtisadiyyatının qaldlrlmasında səylərini əsirgəməməyi tövsiyyə edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]