Qazaxıstan, Almatı, 8 oktyabr / Trend müxbir R.Məşədihəsənli/ Oktyabrın 11-də Almatı şəhərinin Abay adına meydanında Sağlam həyatın formalaşdırılması Şəhər Mərkəzinin və Almatı akimatının təşkilatçılığı ilə "Tütünsüz gün" adlı aksiya keçiriləcək. Bu barədə Trend müxbirinə Almatı akimatından məlumat veriblər.
Aksiya üçün təşkilatçılar çəkməyən insanın xüsusi obrazını düşünüblər. Belə ki, bu adam həmişə şən olur, sağlamlığın qeydinə qalır, təmiz hava sevir və ətrafdakılarından onun yanında siqaret çəkməməyi xahiş edir.
Aksiyada iştirak edəcək gənclər burada müxtəlif hədiyyələr ala biləcəklər.