Gürcüstan, Tbilisi, 09 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ їABŞ Gürcüstanın NATO - ya daxil olmaq üçün göstərdiyi səyləri dəstəkləyir və Alyansın bütün üzvlərini Gürcüstana NATO - ya Üzvlük üzrə Fəaliyyət Planının (ÜFP) verilməsini dəstəkləməyi çağırırї, - Amerikanın müdafiə naziri Robert Qeyts cümə axşamı gürcüstanlı həmkarı David Kezeraşvili ilə görüşdən sonra keçirilən brifinqdə bildirib. Nazirlərin söhbəti Brüsseldə, NATO - ya üzv dövlətlərin müdafiə nazirlərinin görüşü çərçivəsində baş tutub. Görüş yarım saat davam edib və bundan sonra jurnalistlər üçün brifinq keçirilib.
Qeyts vurğulayıb ki, Rusiyanın hərəkətləri Avropada təhlükəsizlik sisteminə təhlükə yaradıb. їMənim rəyimə görə, Rusiyanın Gürcüstana müdaxiləsinin heç bir əsası olmayıbї, - ABŞ - ın müdafiə naziri hesab edir.
Kezeraşvili göstərdiyi dəstəyə görə Vaşinqtona minnətdarlığını bildirib. O, həmçinin, əlavə edib ki, ABŞ - ın nümayəndə heyəti Gürcüstana ÜFP- nin verilməsi üçün NATO -nun digər üzvlərinin dəstəyini almaq məqsədilə bütün zəruri tədbirləri görməyi vəd edib. їBundan əlavə, biz hərbi əməkdaşlıq aspektlərini və ilk növbədə, gürcü zabitlərin ABŞ - da hazırlanması aspektlərini müzakirə etdikї, - o bildirib.
Nazir vurğulayıb ki, HHM (hava hücumundan müdafiə) baxımından Gürcüstanın müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət ayrılıb. Bu yalnız müdafiə doktrinası deyil, həm də iqtisadi təhlükəsizliyin təmin edilməsi baxımından çox vacib olub. Cümə günü Şimali Atlantika Alyansının mənzil - qərargahında NATO - Gürcüstan iclası keçiriləcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]