Sülhməramlıların Cənubi Osetiyanın Axalqori rayonundan çıxarılması ilə bağlı Rusiyaya ünvanlanan tələb Medvedev - Sarkozi planına ziddir. Bunu Almaniyaya səfərə gələn Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
"Eşitmişəm ki, bəzi avropalı nümayəndələr rus sülhməramlılarının Axalqoridən çıxarılmamasına görə təəsüflənirlər. Bu, tamamilə Medvedev-Sarkozi planına ziddir. Həmin sənəddə göstərilib ki, biz Cənubi Osetiya və Abxaziya ilə həmsərhəd rayonlardan çıxırıq və oraya Avropa Birliyinin müşahidəçiləri daxil olur", - deyə nazir vurğulayıb.
"Axalqori Cənubi Osetiyanın sərhədləri çərçivəsində yerləşir. Bu üzdən də müvafiq planın müddəları ona şamil olunmur", - deya Lavrov qeyd edib. ( İTAR-TASS)