Özbəkistan, Daşkənd, 13 oktyabr/ Trend , müxbir T.Jukov/Özbəkistan Milli Təhlükəsizlik Xidməti Dövlət Sərhədinin Mühafizəsi üzrə Komitəsinin (MTX DSMK) nümayəndə heyəti Türkmənistanda işgüzar səfərdə olub. Komitənin mətbuat xidmətindən Trend -a bildiriblər ki, səfər Türkmənistan Dövlət Sərhəd Xidmətinin dəvətinə əsasən baş tutub.
"Sərhəd xidmətlərinin rəhbərləri Aşqabadda əvvəllər dövlətlərarası və hökumətlərarası razılaşmalar çərçivəsində həyata keçirilən dövlətlərin sərhəd təhlükəsizliyinin təmin edilməsi üzrə əməkdaşlığı genişləndirmək niyyətini təsdiq ediblər. Sərhəd xidmətlərinin - aşağı, hərbçilər, bilavasitə dövlət sərhədini qoruyanlar səviyyəsində qarşılıqlı əlaqənin möhkəmləndirilməsinə yönəlmiş sənədlər imzalanıb", - MTX DSMK-dən bildiriblər.
"Özbəkistan -Türkmənistan dövlət sərhədi iki qardaş xalqı birləşdirən dostluq sərhədidir", - rəsmi məlumatda deyilir. "İki ölkənin sərhədçiləri arasında dövlət sərhədində yaranan hər hansı məsələni dostluq, mehriban qonşuluq və qarşılıqlı anlaşma əsasında həll etməyə imkan verən sabit qarşılıqlı əlaqə sistemi yaradılıb".
Özbəkistan -Türkmənistan sərhədinin ümumi uzunluğu 1,621 min km-dir. Sərhədin təxminən 70 faizi Amudərya çayının deltası üzrə keçir. İkitərəfli razılaşmaya əsasən, demarkasiya sərhədin böyük hissəsində Rusiya peykinin köməyi ilə həyata keçirilib.
2004 - cü ilin noyabrında Buxarada keçirilmiş özbək - türkmən sammitində bütün mübahisəli sərhəd məsələlərinin tənzimlənməsi üzrə razılıq əldə olunub. İki ölkənin sərhədyanı ərazilərinin əməkdaşlığı üzrə ikitərəfli razılaşmaya uyğun olaraq, özbək tərəfinin 12 rayonunun sakinləri Türkmənistan ərazisinə sadələşdirilmiş formada keçə bilərlər. Türkmənistanın iki sərhədyanı vilayətinin sakinləri bu "güzəştdən"istifadə edirlər.