...

Gürcüstanla Ukraynanı NATO-ya üzvlükdən illər ayırır - ABŞ dövlət katibinin köməkçisi

Dünya xəbərləri Materials 17 Oktyabr 2008 02:45 (UTC +04:00)
Gürcüstanla Ukraynanı NATO-ya üzvlükdən illər ayırır - ABŞ dövlət katibinin köməkçisi

Gürcüstanla Ukraynanı NATO-ya üzvlükdən illər ayırır. Belə bir bəyanatla Cenevrədəki brifinqdə ABŞ dövlət katibinin köməkçisi Deniel Frid çıxış edib. Frid Qafqazdakı təhlükəsizlik problemlərinə dair beynəlxalq məsləhətləşmələrdə ABŞ-ın nümayəndə heyətinə başçılıq edirdi.

Frid qeyd edib ki, "sözügedən ölkələri NATO-ya üzvlükdən illər ayırır" fikri hamı bölüşür.

"Tbilisi ilə Kiyev hələ çoxlu iş görəsidir. Bilavasitə Ukraynaya gəldikdə isə qeyd etmək lazımdır ki, bu ölkədə NATO-ya üzvlüklə bağlı ciddi fikir ayrılığı var. Hesab edirik ki, bu ölkələr NATO-ya qəbul olunub-olunmamağı özləri müəyyənləşdirməlidir. Əgər belə bir arzuları varsa, NATO standartlarına cavab verməlidirlər", - deyə Frid vurğulayıb. ( İTAR-TASS)

Xəbər lenti

Xəbər lenti