Əfqanıstan, Kabil, 28 oktyabr/ Trend , мüхbir: A.Həkimi/ Əfqanıstanda növbəti prezident seçkisində iştirak etmək üçün səsvermə hüququna malik olan əhalinin 67%-i qeydiyyatdan keçib. Bu haqda Əfqanıstan prezidentinin sözçüsü Homayun Həmidzadə oktyabrın 28 - də Kabildə keçirdiyi konfransda məlumat verib.
Trend -un Kabildəki müxbirinin verdiyi məlumata əsasən, Həmidzadə bildirib ki, ölkə əhalisi prezident seçkisinə fəal iştirak edəcək.
Əfqanıstanda nöbvbəti prezident seçkisi 2009-cu il oktyabrın 9- da keçiriləcək.