Əfqanıstan, Kabil, 01 noyabr/ Trend , müxbir A.Hakimi/ Əfqanıstanın və koalisiya qüvvələrinin Xost və Zabul əyalətlərində "Taliban" hərəkatı və Hakkani əcnəbi mübarizlər şəbəkəsinin dağıdılması məqsədilə keçirdiyi əməliyyat zamanı üç yaraqlı ələ keçirilib, 12 yaraqlı məhv edilib. |
Əfqanıstan və koalisiya qoşunlarının birgə
əməliyyatı Xost dairəsində partladıcı
maddələrin axtarışına, həmçinin Hakkani
hərəkatına qarşı yönəlib.
Şübhəli şəxslərdən biri yaxalanıb.
Əfqanıstan və koalisiya qoşunlarının Zabul əyalətində apardıqları ikinci birgə əməliyyat "Taliban" hərəkatının üzvü olmaqda şübhəli bilinən iki şəxsin həbs edilməsi ilə nəticələnib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]