Türkiyə, Ankara, 05 noyabr/ Trend , müxbir A.Ələsgərov/ Kipr üzrə danışıqlar çərçivəsində, noyabrın 11 - də və 14 - də Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mehmet Əli Tələt və Kipr lideri Dimitris Xristofias arasında görüşlər davam etdiriləcək.
"Türkiye" qəzetinin verdiyi məlumata görə, bir gün əvvəl Kipr üzrə kompleks danışıqlar çərçivəsində, Tələt və Xristofiasın altıncı görüşü baş tutub. Tərəflər danışıqlarda "rəhbərlik və qüvvələrin bölüşdürülməsi" məsələsini nəzərdən keçiriblər.