Gürcüstan, Tbilisi, 20 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri Aleksandr Kvitaşvili cümə axşamı Marneuli rayonunun Qızılaclı kəndində yeni tibbi ambulatoriyanın açılış mərasimində iştirak edəcək. Nazirliyin mətbuat xidmətindən Trend -a verilən məlumata görə, bu ambulatoriyanın tikintisini və onun müasir texnika ilə təchizini Etnik və Dini Əməkdaşlıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Yaponiyanın Gürcüstandakı səfirliyi öz üzərinə götürüb.
Ambulatoriyanın təqdimat mərasimində Yaponiyanın Gürcüstandakı səfiri Masamitsu Oki, Kvemo Kartli regionunun qubernatoru David Kirkitadze də iştirak edəcəklər.
Qızılaclı kəndində 9 000 min nəfər yaşayır. Bu kənd azərbaycanlıların kompakt yaşadığı yerdir.