...

Terrorçuların tutduğu "Tac-Mahal" mehmanxanasında yanğın başlanıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 29 Noyabr 2008 07:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr/ Trend / Terrorçuların tutduğu Mumbai şəhərinin "Tac-Mahal" mehmanxanasında yanğın başlanıb. Binada bir neçə partlayış baş verib. Hindistanın xüsusi təyinatlıları terrorçuların aşkar edilməsi və zərərləşdirilməsi əməliyyatını həyata keçirir. İndiyə kimin binada neçə nəfərin olması barədə dəqiq məlumat yoxdur. Hindistanın Milli təhlükəsizlik xidmətinin rəisi Dji-Key Dattın sözlərinə görə, terrorçulara qarşı əl qumbaraları tədbiq olunur, əməliyyatın qurtarmasındaq danışmaq isə tezdir, CNN telekanalı xəbər verir.

Hindistanın təhlükəsizlik qüvvələri Tac-Mahal mehmanxanasında antiterror əməliyyatının başa çatması barədə xəbər veriblər. Mumbai şəhərinin komissarı Həsən Qafur bildirib ki, xüsusi təyanatlılar mehmanaxanada gizlənən axırıncı iki terrorçunu öldürüblər, IBN telekanalı xəbər verir. Lakin, təhlükəsizlik qüvvələri mehmanxananın bütün otaqlarnı axtarmalı olacaqlar, RBK xəbər verir.

2008-ci ilin noyabrın 26-da Mumbai şəhərində yaxşı silahlanmış bir qrupp terrorçu insanların sıx olduğu yerlərə hücum etmişlər. Birdən beş obyekt hücuma məruz qalmışdır - restoran, xəstəxana, mehmanxana, dəmir yolu stansiyası və polisin baş idarəsi. Bir neçə saat ərzində onlarla insan öldürülmüşdür. Bir qədər sonra terrorçular - Tac Mahal və Trident Oberoi mehmanxanalarında oturmuşlar. Terrorçular bilərəkdan ABŞ və Böyük Britaniya vətəndaşlarını axtarıb tapırdılar.

Hindistanın televiziyası 160 nəfərdən artıq insanın ödüyünü bildirir.

Xəbər lenti

Xəbər lenti