...

Tibet Çinin ayrılmaz hissəsidir - Nikolya Sarkozi

Dünya xəbərləri Materials 6 Dekabr 2008 22:50 (UTC +04:00)
Tibet Çinin ayrılmaz hissəsidir - Nikolya Sarkozi

Avropa "maliyyə böhranı və hlobal istiləşmə qarşısında" birləşməlidir. Bu barədə Fransa pezidenti Nikolya Sarkozi Qdanskda "Gələcək üçün həmrəylik" konfransında iştirakı zamanı bildirib. "Bizim nəsil böhranlardan qorxmamalıdır. Bizim hamımız üçün Avropanın birliyi lazımdır", prezident deyib, Vesti xəbər verir.

Fransa prezidenti bildirdi ki, "Tibeti hər zaman Çinin ayrılmaz hissəssi hesab edib və Dalay Lama Tibetin müstəq olmasına çağırmır". "Mən heç bir zaman Dalay Lama ilə görüşə şübhə ilə yanaşmamışam", prezident deyib. "Fransa prezidenti və Avropa İttifaqında sədrlik edən dövlətin başçısı kimi kimlə görüşəcəyim məsələsində azadam", Nikolya Sarkozi deyib.

Xəbər lenti

Xəbər lenti