...

"Yaxın Şərq kvarteti" İsraili Fələstin ərazilərində yaşayın obyektlərinin tikintisinə son qoymağa çağırıb

Dünya xəbərləri Materials 16 Dekabr 2008 02:27 (UTC +04:00)
"Yaxın Şərq kvarteti" İsraili Fələstin ərazilərində yaşayın obyektlərinin tikintisinə son qoymağa çağırıb

Beynəlxalq vasitəçilərdən ibarət "Dördlük" (RF, ABŞ, BMT, AB) İsraili Fələstin ərazilərində yaşayış obyektlərinin tikintisinə son qoymağa çağırıb. Vasitəçilər hesab edir ki, bu, Fələstin-İsrail danışıqlarına mənfi təsir göstərir. Bu barədə "kvartet"in XİN başçıları səviyyəsində Nyu-Yorkda BMT mənzil-qərargahında keçirilən görüşündən sonra yayılan məlumatda bildirilir.

Görüşdə Rusiya XİN başçısı Sergey Lavrov, ABŞ dövlət katibi Kondoliza Rays, BMT baş katibi Pan Gi Mun, AB-nin xarici siyasət üzrə ali komissarı Xavyer Solana və AB-nin komissarı Benita Ferrero-Valdner iştirak ediblər. Fransa XİN başçısı Bernar Kuşner və "dördlüyün" xüsusi nümayəndəsi Toni Bleyer Nyu-Yorka gələ bilmədikləri üçün diskussiyada video-bağlantı vasitəsi ilə iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti